Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib
07:58 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 24 dekabr, AZƏRTAC
Ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanındakı daimi nümayəndəliyimizin təşkilatçılığı ilə Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov qeyd olunan bayramın mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O, deyib ki, hər bir xalqın milli varlığının əsas şərtlərindən biri onun həmrəyliyi, etnik-siyasi mütəşəkkilliyidir. Hər bir xalqın uğur və inkişafı onun bütövlüyündən, çətinliklər, böhranlar qarşısında səfərbər olub birləşməsindən asılıdır.
Vurğulanıb ki, bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz vətəni bilməsi, onu milli ruhun, milli -mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın qarşısında duran əsas vəzifələrdən biri də yaşadığı ölkədə azərbaycançılığı ehtiva edən milli dəyərləri qorumaq, tanıtmaq, yaşatmaq, inkişaf etdirməkdir.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində dövlətçiliyin və sabitliyin qorunub saxlanmasına nail olduğu bildirilib. Azərbaycan həqiqətlərinin fransız ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu xüsusi qeyd olunub.
Diqqətə çatdırılıb ki, Fransadakı Azərbaycan icmasının nümayəndələri tərəfindən də tariximiz, mədəniyyətimiz, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət haqqında məlumatlar vaxtaşırı yerli sakinlərə çatdırılır.
Sonda A. Kərimov 2016-cı ilin azərbaycançılıq məfkurəsi ətrafında milli həmrəylik duyğusu ilə six birləşən xalqımız üçün uğurlu olmasını arzulayıb.
Azərbaycanın Fransadakı səfirliyinin siyasi işlər üzrə müşaviri Nigar Hüseynova da çıxış edərək xalqımıza qarşıdan gələn 2016-cı ildə uğurlar diləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parisde_Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunu_munasibetile_tedbir_kechirilib-913866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR