"Burada onlar insanlara işgəncə verir, başlarını kəsirlər"

"Burada onlar insanlara işgəncə verir, başlarını kəsirlər"
08:05 24 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı Liviyada üç istiqamətdən hücuma keçib.

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin Liviya üzrə xüsusi elçisi Martin Kobler bəyan edib.
 
Onun sözlərinə görə, silahlıların əsas qüvvələri Sirt şəhəri ətrafında cəmləşib: "Burada onlar insanlara işgəncə verir, başlarını kəsirlər. Həmçinin terrorçular Tripoli şəhəri və Ras-Lanuf neft terminalı istiqamətində əraziləri ələ keçirməkdə davam edirlər".
 
M.Kobler vurğulayıb ki, Liviyanın cənubunda İŞİD-in qarşısı alınmasa, Niger və Çad ərazisində fəaliyyət göstərən "Boko Haram" və digər qruplaşmalarla birləşə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR