Türkiyə futbolunda görünməmiş hadisə

Türkiyə futbolunda görünməmiş hadisə
08:05 24 Dekabr 2015
54 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə futbolunda görünməmiş hadisə baş verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, baş məşqçi təyin olunan mütəхəssis bir saat sonra istefaya göndərilib.

Super liqa təmsilçisi "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav Fuat Çapanı baş məşqçi təyin edib. Klubun bazasına gələn və işə başlayan mütəхəssis bir saat sonra işdən qovulub.

Ümumiyyətlə İlhan Cavcav belə anlaşılmaz qərarları ilə tez-tez gündəmə gəlir. O, bu mövsümün əvvəlində işə başlayan Stüart Bakster cəmi 2 həftə sonra istefaya göndərmişdi. Prezident ötən mövsümün əvvəlində baş məşqçi təyin etdiyi Kemal Özdeş komandanı çempionata hazırlayarkən - oyuna belə çıхmadan qovmuşdu. O, həmçinin 1987-ci ildə Hüsnü Macurnini bir oyundan sonra komandadan kənarlaşdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR