Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputatı aşağıladılar

Deputatı aşağıladılar

Date: 24 December 2015 08:05

Moskvada qadın deputatın başına bir vedrə "nəcis" töküblər.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bir naməlum şəxs Rusiyada yaşayan deputat Larisa Solomatinanın evinin yanında onu güdərək, əvvəlcə onun üzünə qaz balonu ilə vurub, daha sonra isə çirkab suyu onu sifətə atıb. 

"Mən toplantıdan çıxıb evə gedirdim, əlimdə də telefon var idi. Danışa-danışa evimə çatırdım ki, birdən maskalı bir şəxs diqqətimi çəkdi. Sonra gördüm ki, mənə sarı gəlir. Mənimlə bir qədər əlləşdikdən sonra üz nayihəmə zərbə endirdi və sonra kəskin iyli bir vedrə mayeni üstümə atdı. Həmin maye nəcis iyi verirdi", - deyə qadın deputat vurğuladı.

Evə gələrək millət vəkili dərhal polis əməkdaşlarını və təcili tibbi yardım briqadasını çağırıb.

Onun fikrincə, hücum onun siyasi fəaliyyəti ilə bağlıdır: "Artıq uzun illərdir ki, mən korrupsiya ilə mübarizə aparıram. Baxın, bu yaxınlarda mən 22 milyon rubl yeyintinin qarşısını almışam. Elə bu gün də həmin məsələnin növbəti məhkəməsi olub. Yəqin, baş verən bu hal da birbaşa korrupsiya məsləsi ilə bağlıdır", - deyə o, əlavə etdi.

Milli.Az


Tags:  Deputatı aşağıladılar

RƏYLƏR


Top news