Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da növbəti girov qalmaqalı - FOTO

ABŞ-da növbəti girov qalmaqalı - FOTO

Date: 24 December 2015 08:12

ABŞ-ın Texas ştatında naməlum şəxs polisləri güllələyərək bir qadını girov götürüb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə ştatın Odessa şəhərində baş verib.

Odessa şəhərindən iki polis naməlum şəxs arasında atışma baş verib. İnsident zamanı hər iki polis əməkdaşı yaralanaraq xəstəxanaya çatdırılıb. Həkimlər hazırda xəstəxanada olan yaralıların vəziyyətinin sabit olduğunu bildirir.

Həmçinin hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı zərərsizləşdirməyə çalışırlar. Hadisə yerinə əməliyyatın keçirilməsi üçün xüsusi təyinatlı dəstənin döyüşçüləri və snayperlər cəlb olunub.

Vəziyyəti ağırlaşdıran isə bəzi məlumatlara görə, silahlı cinayətkarın əlində qadın girovun olmasıdır.

Milli.Az



Tags:  ABŞ-da növbəti girov qalmaqalı FOTO

RƏYLƏR


Top news