İstanbul üçün qorxunc proqnoz: 30 il ərzində...

İstanbul üçün qorxunc proqnoz: 30 il ərzində...
08:27 24 Dekabr 2015
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyədə təşkil edilən "Zəlzələ fəlakətinə hazırıqmı?" adlı konfransda qorxunc proqnoz səsləndirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaponiyalı zəlzələ mütəxəssisi Yoşinori Morivaki İstanbulda 30 il ərzində 7,4 bal gücündə zəlzələ baş verə biləcəyini deyib.

"Almaniya və Türkiyədən olan zəlzələ mütəxəssisləri də bildirirlər ki, 30 il ərzində  İstanbulda 7,4 bal gücündə zəlzələ baş verə bilər. Amma bu zəlzələnin nə vaxt olacağı bəlli deyil. Baş verə biləcək bir zəlzələyə hazır olmaq lazımdır", -  Yoşinori Morivaki söyləyib.

O, Türkiyədə indiyə qədər ən güclü zəlzələnin 7,9 bal gücündə baş verdiyini xatırladıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR