Pullu xidmətlərin həcmində 5,4 faiz artım olub

Pullu xidmətlərin həcmində 5,4 faiz artım olub
08:58 24 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Cari ilin 11 ayı ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 6 milyard 450,6 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-bildirilib ki, artımın 55,5 faizi hüquqi şəxslərin fəaliyyəti nəticəsində yaranıb və onlar tərəfindən əhaliyə 4 milyard 724,0 milyon manatlıq xidmət göstərilib. Bu, əvvəlki ilin müvafiq dövrünün göstəricisini 4,0 faiz üstələyib.
Həmin dövrdə hər bir ölkə sakini orta hesabla 61,6 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pullu_xidmetlerin_hecminde_54_faiz_artim_olub-913867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR