Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tofiq Bəhramovun saydığı mübahisəli qolla bağlı suala birmənalı cavab veriləcək

Tofiq Bəhramovun saydığı mübahisəli qolla bağlı suala birmənalı cavab veriləcək

Date: 24 December 2015 09:32

Bakı. 24 dekabr. REPORT.AZ/ "Sky Sports" telekanalı futbol üzrə İngiltərə milli komandasının 1966-cı il dünya çempionatındakı qələbəsinin 50 illiyinə həsr olunmuş miqyaslı layihə hazrlayır. "Report"un məlumatına görə, kanalın ekspertləri Ceymi Karrager və Ed Çemberlen statistik göstəricilər və kompüter qrafikinin köməyilə futbolçuların Almaniya ilə final matçındakı hərəkətlərini analiz edəcəklər. 
Verilişdə həmin oyunun iştirakçıları, o cümlədən, qapıçı Qordon Benks və "het-trik" müəllifi Ceffri Herstlə müsahibə təqdim olunacaq. Bundan başqa müasir texnologiyalardan istifadə etməklə, müəlliflər "Üçüncü qolda top qapını keçmişdimi?" sualına birmənalı cavab tapmağı vəd edirlər. Veriliş 2016-cı il yanvarın 4-də efirə gedəcək.
Qeyd edək ki, əldə olan videotəkrarlardan heç biri hakimin qərarının düzgünlüyü barədə mühakimə yürütməyə imkan vermir. Həmin qarşılaşmanın baş hakimi Qotfrid Dinst azərbaycanlı laynsman Tofiq Bəhramovla məsləhətləşdikdən sonra əminliklə mərkəzi göstərib.  Görüş İngiltərə millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Tags:  Tofiq Bəhramovun saydığı mübahisəli qolla bağlı suala birmənalı cavab veriləcək

RƏYLƏR


Top news