BMT-nin 2016-2017-ci illər üçün büdcəsi təsdiq edilib

BMT-nin 2016-2017-ci illər üçün büdcəsi təsdiq edilib
09:37 24 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ BMT Baş Assambleyası 2016-2017-ci illər üçün ümümdünya təşkilatının büdcəsini təsdiq edib. Növbəti iki il üçün büdcə 5,4 milyard dollar olacaq ki, bu da əvvəlki ikillik dövr üçün olan göstəricidən 2,3% azdır.
"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qətnamə Baş Assambleyanın plenar iclasında konsensus əsasında qəbul edilib.
Sənəddə əks olunan məlumata görə, məbləğin böyük hissəsi - 1,2 milyard dollardan çox - dünyanın müxtəlif yerlərində 12 missiya və nümayəndəliyi idarə edən BMT-nin Siyasi Məsələlər Departamentinin saxlanılmasına yönləndiriləcək.
Təsdiqlənmiş büdcəyə sülhməramlı əməliyyatların xərcləri daxil edilməyib. Cari maliyyə ilində - 20 iyun 2016-cı ilə qədər - bu məqsədlər üçün 8,27 milyard dollar ayrılmışdı.  

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/bmt-nin-2016-2017-ci-iller-ucun-budcesi-tesdiq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR