Bakcell jurnalistlər üçün seminar təşkil edib

09:38 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ADNSU-da “Texnologiya və Dizayn 3D çapında” adlı seminar keçirilib (14 İyun 2017 19:07)
“Bakcell”in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirildi - FOTO (19 Aprel 2017 18:03)
® Bakcell abunəçiləri Azərbaycanın bölgələrində 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar (11 Aprel 2017 16:29)

Bakı. Trend:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 18-20 dekabr tarixlərində jurnalistlər üçün növbəti seminar təşkil edib. Şirkətdən Trend-ə verilən məlumata görə, bu dəfə jurnalistlərdən ibarət qrup Qalaaltı kurort kompleksində toplaşıb.

Seminarın məqsədi informasiya və kommunikasiya texnologiyaları, həmçinin ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının artırılması, eyni zamanda mobil telekommunikasiyanın bugünü və gələcəyi, əşyaların interneti kimi trend mövzular, loyallıq proqramlarının effektivliyi, müştərilərin mobil operatorlardan gözləntiləri və digər maraqlı mövzular barəsində məlumatları paylaşmaq idi.

Seminar zamanı iştirakçılar Bakcell şirkətinin şəbəkə üstünlüyü və müştəri məmnuniyyəti sahəsindəki nailiyyətləri, eyni zamanda şirkətin telekommunikasiya sahəsində ölkədə lider mövqeyə sahib olmasına təsir edən digər mühüm aspektlər barədə məlumatlandırıblar.

Şirkətin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu abunəçilərin mobil operatordan nə gözlədikləri və şirkətin müştərilərin artan gözləntilərini qarşılaması üçün hansı tədbirlər görməsinin vacib olduğu barədə söhbət açıb. “Bakcell”in Məlumat Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlərin sayının son bir il ərzində 61% azalması faktını nəzərə alaraq, xanım Bostancıoğlunun qeyd olunan dəyişikliyə təsiri izah edən təqdimatı böyük maraqla qarşılanıb.

Yeni texnologiyalar və keyfiyyətin təmin edilməsi departamentinin rəhbəri Roman İqnatenko Bakcell şirkətinin ölkədə ən geniş əhatə dairəsi olan ən etibarlı şəbəkəyə malik olması və abunəçilərin operatorun getdikcə daha üstün rabitə xidmətlərindən yararlana biləcəkləri barədə məlumat verib.

Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov öz növbəsində telekommunikasiya sahəsində trendlər barədə və eyni zamanda getdikcə daha da populyarlaşan M2M texnologiyaları barədə söhbət açıb.

Əlavə dəyər xidmətləri, elektron xidmətlər və applikasiyalar yarımbölməsinin rəhbəri Elçin Quliyev getdikcə daha çox tələbat duyulan mobil video məzmun barədə, eyni zamanda müştəri məmnuniyyətinin ən üstün səviyyəyə çatdırılması və abunəçilərin ən etibarlı şəbəkədən tam şəkildə faydalanması üçün Bakcell şirkətinin gördüyü işlər barədə məlumat verib.

Müştərilərin inkişafı bölməsinin rəhbəri Zaur Cəlilov bir müddət öncə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülən Ulduzum proqramı nümunəsində sadiqlik proqramlarının rolu barədə məlumatı iştirakçılarla paylaşıb.

“Telekommunikasiya sahəsi çox böyük sürətlə inkişaf edir. Biz az qala hər gün bu sahədə baş verən yeniliklər haqqında eşidirik. Artıq ikinci ildir ki, “Mobil telekommunikasiyaya giriş” adlı xüsusi təlim proqramı vasitəsilə bu sahədə yazan jurnalistlər üçün seminarlar təşkil edirik. Burada haqqında danışdığımız hər bir mövzu mətbuatda telekommunikasiya ilə bağlı yazılanların təhlili, eyni zamanda Bakcell komandası ilə jurnalistlərin müzakirələri zamanı meydana çıxır. Biz, şirkət olaraq telekommunikasiya haqqında yazan jurnalistlərin daha çox məlumatlı olmasını istəyirik. Seminarlardan sonraki qiymətləndirmə göstərir ki, bu sahədə trend olan mövzular auditoriya tərəfindən çox yaxşı mənimsənilir”, - deyə Bakcell şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aygün Kazımova və Ceyhunun dueti alınmadı - VİDEO

26 İyun 2017 19:57

NASA yadplanetlilərin bir addımlığında

26 İyun 2017 19:53

Niyə kişilər özlərindən böyük qadınları seçir? - SƏBƏBLƏRİ

26 İyun 2017 19:52

Adamyeyən qəbilənin görüntüləri - FOTO

26 İyun 2017 19:47

Son 20 ildə ilk dəfə... -

26 İyun 2017 19:47

Daşkəsəndə kabab çəkən gənc ehtiyatsızlıqdan özünü yandırıb

26 İyun 2017 19:42

Messiyə növbəti şok

26 İyun 2017 19:42

Su pəriləri haqda həqiqət ÜZƏ ÇIXDI: sən demə... - FOTO

26 İyun 2017 19:37

Kabab bişirən zaman yanıq xəsarətləri alıb

26 İyun 2017 19:37

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar

26 İyun 2017 19:32

Batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

26 İyun 2017 19:27

Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib

26 İyun 2017 19:27

İsrail Suriyanın hərbi bazasını bombaladı

26 İyun 2017 19:23

Yapon qadınlarının gözəllik SİRRİ: ayda iki dəfə...

26 İyun 2017 19:22

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib -

26 İyun 2017 19:20

Şirvan sakini Bakıda piyadanı vurub öldürüb

26 İyun 2017 19:19

Oğurluqda ittiham edilən prezidentin qızı rəzil oldu - FOTO

26 İyun 2017 19:18

ABŞ Ali Məhkəməsi Trampın immiqrasiya fərmanı üzrə məhkəmə qərarlarını ləğv etməyə hazırdır

26 İyun 2017 19:17

La Liqaya yüksələn son komanda müəyyənləşdi

26 İyun 2017 19:12

Pakistanda yanğın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb

26 İyun 2017 19:08

İtaliyanın yeni prezidenti Berluskoni olacaq

26 İyun 2017 19:08

Mingəçevir Su anbarında çimərkən batan şəxs xilas edilib

26 İyun 2017 19:07

Yoahim Löv üçün 2 "yüz"

26 İyun 2017 19:05

Kartından artıq pul silindiyini düşünən müştəri baltaya əl atdı

26 İyun 2017 18:57

London sakinləri küçələrə axışdı - "ƏDALƏT İSTƏYİRİK"

26 İyun 2017 18:53

Oksana küsülü olduğu Natavan haqda: "İstəsəm, barışaram"

26 İyun 2017 18:52

Makiyajsız və selülitli İrem Derici - FOTO

26 İyun 2017 18:52

Hindistanda dörd əli və dörd ayağı olan uşaq doğulub

26 İyun 2017 18:47

Mükafat mərasiminə yarıçılpaq getdi - FOTO

26 İyun 2017 18:47

Zidan "Real"dan gedir - HARA?

26 İyun 2017 18:47

Ərinin sürprizi Ebrunu kövrəltdi - FOTO

26 İyun 2017 18:42

Balotelli qərarını verdi

26 İyun 2017 18:37

Məşhur model eşq arayır - FOTO

26 İyun 2017 18:32

Banka borcu olan müğənnilərin SİYAHIsı

26 İyun 2017 18:32

"Hababam sınıfı"ndakı o səhnənin sirri 40 il sonra açıldı - FOTO

26 İyun 2017 18:32

Avropa nəhəngi türk futbolçu alır: 30 milyon (RƏSMİ)

26 İyun 2017 18:27

Fransa prezidentindən Rusiyaya qarşı SƏRT BƏYANAT

26 İyun 2017 18:23

Türkan Şorayın qızı ögey bacısı ilə bu serialda bir araya gəldi - VİDEO - FOTO

26 İyun 2017 18:22

Qubada “Opel”lə “VAZ21074” toqquşub

26 İyun 2017 18:19

Uşağı 40 saniyədə yatırmağın üsulu

26 İyun 2017 18:16

"Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq"

26 İyun 2017 18:12

12 yaşında atdığı bu addım onu MİLYONÇU ETDİ

26 İyun 2017 18:08

Millimizin futbolçusu bir oyunda 24 qol gördü!

26 İyun 2017 18:07

Samir rus klubunda yenə oynadı - bəyəniləcəkmi?

26 İyun 2017 18:07

Bred Pitə görə milyarder ərindən boşandı - FOTO

26 İyun 2017 18:05

Şou ulduzu okean sahilində - FOTO

26 İyun 2017 18:05

Gəncədə minaatan mərmisi aşkarlanıb

26 İyun 2017 18:01

Çingiz Əlioğlu bütün CAVANLIQ SİRLƏRİNİ AÇDI: “Sevilməyimlə bağlı...” - FOTO/VİDEO

26 İyun 2017 17:58

22 ildən sonra "Yuventus"u tərk etdi

26 İyun 2017 17:57

Salvador Dalinin qalıqları eksqumasiya ediləcək

26 İyun 2017 17:54