Dollar yenə günə bahalaşma ilə başladı

Dollar yenə günə bahalaşma ilə başladı
09:56 24 Dekabr 2015
566 Digər
Ölkə mətbuatı
A- A+

Dollar bu günə də bahalaşma ilə başladı. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı yenidən ucuzlaşmasına səbəb olub.

Bu gün dekabrın 23-si ilə müqayisədə Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi 1.5528 manat olub.

Avronun məzənnəsində də yüksəliş qeydə alınıb. Bir avro 1.6974 manata yüksəlib.

Rusiya rublu da bir günlük ucuzlaşmadan sonra yüksəlişə keçib - 0.0223 manat. Ötən gün bu rəqəm 0,0219 manat idi.




Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Dollarla kredit götürənlərin aqibəti...

Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."

Bakıda dollar ajiotajı (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR