"Alimlər deyir ki, hətta Kainatın da sonu olacaq"

"Alimlər deyir ki, hətta Kainatın da sonu olacaq"
09:57 24 Dekabr 2015
62 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in prezidenti vəzifəsindən kənarlaşdırılan Georgi Nikolov klubun rəsmi saytına ürək sözlərini bildirib.

Milli.Az qol.az-a istinadən Bakı klubuna uğurlar arzulayan Nikolovun fikirlərinin yer aldığı yazını olduğu kimi təqdim edirik: 

"Alimlər deyir ki, hətta Kainatın da sonu olacaq. Artıq klubun prezident mandatı haqda danışmayacam.

10 il vaxt həm az, həm də çoxdur. Bu, sizin etmək istədiyinizdən asılıdır. "İnter"də isə çox yaxşı işlər gördük. Bu illər ərzində bizim klubun ideyalarını dəstəkləyən hamıya təşəkkürümü bildirirəm. Və klub formalaşdı. Ən əsası bu idi. Biz də məhz bunun üçün çalışırdıq.

Ayrılarkən hamıya təşəkkür edirəm. Onların səyi olmadan bizim balaca kainatımızda uğur olmazdı. Ürəkdən sizin əllərinizi sıxıram və futbol dünyasında qazanılacaq yeni uğurlar arzulayıram.

Sizin Georgi Nikolov".

Qeyd edək ki, ötən gün "İnter" Peşəkar İdman Klubunun Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR