Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Namiq Çin səfəri haqda: "Qazlı su da tapmırsan"

Namiq Çin səfəri haqda: "Qazlı su da tapmırsan"

Date: 24 December 2015 10:17

Bir müddətdir Çində istirahətdə olan meyxanaçı Namiq Qaraçuxurlu təəssüratlarını bölüşüb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmin ölkənin mətbəxindən bəhs edib:

"Çin mətbəxinin bəzi yeməklərini çox sevirəm. Təbii ki, elə yeməkləri var heç bizlik deyil. Amma elə yeməkləri var qeyri-adi və dadlıdır. Burada daha çox dəniz məhsullarından istifadə edirlər. Sağlamlığa ziyan olan qidalar, demək olar, heç yoxdur. Çinin elə yeri var ki, adi qazlı su almaq üçün bütün şəhəri axtarırsan və əksər halda tapmırsan. Çində cəmi ikinci dəfədir səfərdəyəm. Ola bilər topladığım müşahidələr, fikirlər yanlışdır. Oxucularım üzürlü saysınlar".

Milli.Az


Tags:  Namiq Çin səfəri haqda Qazlı su tapmırsan


RƏYLƏR


Top news