Ərəbistanda xəstəxanadakı yanğında 25 nəfər ölüb

10:34 24 Dekabr 2015
14 Dünya
Ölkə mətbuatı
A- A+

 

Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan əyalətində xəstəxanalardan birində güclü yanğın baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin mülki müdafiə xidməti 25 nəfərin öldüyü, 100-dən çox insanın xəsarət alması barədə məlumat yayıb.

 

Yanğının yayılmasının qarşısı alınıb. Xəsarət alan şəxslərin hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

 

Yanğının baş vermə səbəbləri müəyyənləşdirilir. Faktla bağlı cinayət işinə başlanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR