Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Gömrük Komitəsində növbəti seminar keçiriləcək

Date: 24 December 2015 10:34

Dekabrın 25-də, saat 10:00-da Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusunda seminarın 2-ci mərhələsi keçiriləcək. Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinindən Lent.az-a verilən məlumata görə, seminarda iştirak etmək istəyən şəxslərin Dövlət Gömrük Komitəsinin internet səhifəsinin (www.dgk.gov.az) “Sahibkarlara dəstək” blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xahiş olunur.

 

Qeyd edək ki, seminar sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılması məqsədilə keçirilir.


Tags:  Dövlət Gömrük Komitəsində növbəti seminar keçiriləcək


RƏYLƏR


Top news