Çağatay Ulusoy və Leyla Lidia Tuğutlunun baş rollarda oynadığı "Delibal" filminin növbəti qala gecəsi baş tutub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Antalyada fanatlarının xüsusi diqqəti ilə rastlaşan ikili onlarla selfi də çəkdirib.
Qeyd edək ki, İstanbulda da böyük təqdimatı olan film yanvarın 7-də Bakıda nümayişə girəcək. Çağatayın paytaxtın qonağı olacağı gözlənilir.