Salyan şəhərinin Baş planının ilkin layihəsi ilə tanışlığa başlanılıb

Salyan şəhərinin Baş planının ilkin layihəsi ilə tanışlığa başlanılıb
10:38 24 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Salyan şəhərinin Baş plan layihəsi hazırlanır.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsi ilə tanışlıq dekabrın 24-dən başlayaraq 60 gün müddətində Salyan şəhərində keçiriləcək.
Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 136 ( Salyan Rayon İcra Hakimiyyətinin inzibati binası) ünvanına müraciət etmək olar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyan_seherinin_Bas_planinin_ilkin_layihesi_ile_tanisliga_baslanilib-913872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR