Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cüdo üzrə Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib

Bakıda idman gimanstikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO (16 Mart 2017 18:32)
Aprel şəhidlərinin xatirəsinə beynəlxalq cüdo yarışları keçiriləcək (16 Mart 2017 12:44)
Rövnəq Abdullayev Böyük Dəbilqə turnirində bürünc medal qazanan Azərbaycan cüdoçusunu mükafatlandırıb (10 Mart 2017 18:32)

Tarix: 24 Dekabr 2015 10:38


Bakı, 24 dekabr, AZƏRTAC 
Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışın təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya hərəkatının inkişafına göstərilən qayğıdan söhbət açıblar. Son vaxtlar Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurları yüksək qiymətləndirilib. Bildirilib ki, cüdo üzrə ölkə çempionatında ilk dəfə olaraq respublikamızın daha çox bölgəsindən idmançılar mübarizə aparır.
Rəsmi çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Açılış mərasimi tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqram və yeniyetmə cüdoçuların nümunəvi çıxışları ilə davam etdirilib.
Açılış mərasimindən sonra qızların yarışında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində final görüşləri keçirilib.

Teqlər:  Cüdo üzrə Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib



RƏYLƏR


Top xəbərlər