Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Səməd Seyidov: “Yaqladın öz nümayəndəsini Birgə İşçi Qrupdan geri çağırması əhəmiyyətli deyil”

Date: 24 December 2015 10:44

 

“İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrup nə Avropa Şurası, nə Avropa Birliyi, nə də digər beynəlxalq təşkilatlar üçün yaradılıb. Bu qrup Azərbaycanda insan hüquqları problemlərinin həlli üçün müvafiq qurumlara tövsiyə vermək üçün formalaşıb. Ona görə də Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın öz nümayəndəsini qrupdan geri çağırması bizim üçün əhəmiyyətli məsələ deyil”.

 

APA-nın xəbərinə görə, bunu Birgə İşçi Qrupun bu gün keçirilən iclasında qrupun həmsədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri  Səməd Seyidov deyib.

 

S. Seyidov bildirib ki, T.Yaqlandın hərəkəti ümumiyyətlə, qəribədir: “Çünki əvvəlcə öz nümayəndəsini geri çağırır. Sonra isə insan haqları ilə bağlı Azərbaycana öz nümayəndəsini göndərir”.

 

 

Həmsədr qeyd edib ki, qrup öz fəaliyyətini davam etdirəcək: “Bu qrup Azərbaycanda insan haqlarını qorunması ilə bağlı müvafiq qurumlara qərar qəbul etmək üçün tövsiyələr verəcək”.

 

Birgə İşçi Qrupun üzvü, deputat Azay Quliyev isə deyib ki, bu qrup Azərbaycanda daxili mexanizm kimi yaradılıb və elə daxili mexanizm kimi də fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib.


Tags:  Səməd Seyidov Yaqladın öz nümayəndəsini Birgə İşçi Qrupdan geri çağırması əhəmiyyətli deyil

RƏYLƏR


Top news