Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ciddi bir münasibət yaşayıram" - Elçin

"Ciddi bir münasibət yaşayıram" -  Elçin

Date: 24 December 2015 10:51

Müğənni Elçin Cəfərov həmkarlarına söz atıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “MUZ TV”yə açıqlamasında şou aləmində bir çoxlarının saxtakar olduğunu bildirib:

“Səmimi isnanlar mənim dostumdur. Əvvəllər dəb halını almışdı, hamı bir-birinin üzünə gülür, yalandan “dostumuzdur” deyirdilər. Artıq bu saxtakarlıq öz yerini tutub. İndi mən də dəyişmişəm. Əvvəl kiminsə xətrinə dəyməkdən çəkinirdim. Efirdə müsbət xüsusiyyətlərimi sadalamaqdan qorxurdum ki, kimsə  inciyər. Amma indi düşünürəm ki, xasiyyətimdən danışsam, bəlkə kimlərəsə örnək olaram”.

Şəxsi həyatından danışan E.Cəfərov toya hazırlaşdığını bildirib:

“Ciddi bir münasibət yaşayıram. Bunu heç yerdə deməmişəm”.

Tags:  Ciddi münasibət yaşayıram Elçin

RƏYLƏR


Top news