Uşaq yeməklərinə görə cərimələr artır

Uşaq yeməklərinə görə cərimələr artır
10:56 24 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Süni qida məhsullarının reklamı ilə bağlı qanun sərtləşdirilir. Körpələrin və azyaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə də cərimələr artacaq.

Milli Məclisdən ANS PRESS-ə verilən məlumata görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsində uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə, fiziki, vəzifəli və hüquqi şəxslər cərimələnməsi təklif edilir.

Süni qida məhsullarının reklamından ana südünün üstünlüyünün qeyd olunmamasına görə, fiziki şəxslər 150 manatdan 200 manatadak cərimə təklif edilir.

Həmçinin vəzifəli şəxslərin 250 manatdan 300 manatadək məbləğində, hüquqi şəxslər isə 750 manatdan 1000 manatadək cərimələnməsi nəzərdə tutulur.




Dəyişiklik Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Hazırki İnzibatə Xətalar Məcələsində isə süni qida məhsullarının istehsalçıları və distribütorları tərəfindən körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə, uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə, səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq edilməsinə görə - şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 100-200, hüquqi şəxslər isə 500 -1000 manatadək miqdarda cərimə edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR