Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanındakı xəstəxanada baş verən yanğın nəticəsində 25 nəfər həlak olub

Səudiyyə Ərəbistanındakı xəstəxanada baş verən yanğın nəticəsində 25 nəfər həlak olub

Date: 24 December 2015 10:58


Bakı, 23 dekabr, AZƏRTAC
Ötən gecə Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan vilayətindəki xəstəxanalarının birində güclü yanğın baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin mülki müdafiə xidməti hadisə nəticəsində 25 nəfərin həyatını itirdiyini, 100-dən çox insanın isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Hazırda tibb müəssisəsində alovun yayılması təhlükəsi aradan qaldırılıb, xəsarət alanlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.
Yanğının baş vermə səbəbləri araşdırılır. Yerli hökumət fövqəladə vəziyyətlə bağlı təhqiqata başlayıb.

Tags:  Səudiyyə Ərəbistanındakı xəstəxanada baş verən yanğın nəticəsində 25 nəfər həlak olub


RƏYLƏR


Top news