Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rusiyada azərbaycanlı sürücü başından vuruldu

Rusiyada azərbaycanlı sürücü başından vuruldu

Date: 24 December 2015 11:06

Rusiyanın Saratov şəhərində azərbaycanlı taksi sürücüsünü güllələyiblər.

ANS PRESS-in məlumatına görə, hadisə Lenin rayonunda baş verib. Rusiya mətbuatında yer alan məlumata görə, sürücünün 47 yaşı olub.

Hələ ki, cinayət törədənin kimliyi və qətlin nə üstündə törədildiyi bəlli deyil.

"Hadisə Solnıcni qəsəbəsində baş verib. Başından 3 güllə yarası alan sürücü "Toyoto" markalı maşınında öldürülüb. Daha sonra naməlum şəxs və ya şəxslər maşını qaçırıblar. Qaçırılan maşın sonradan Quselsk küçəsində tapılıb. Onun sonuncu sərnişinlərini "Saratov" kinoteatrının yanından götürüldüyü bəllidir".

Faktı Lenin rayon prokurorunun müavini Pavel Şetinin də təsdiqləyib. Onun sözlərinə görə, "Vezet" taksi şirkətində çalışıb. "Onun meyitini qarajdan tapıblar. Bu barədə meyiti tapan şəxs məlumat verib. Meyitin məhkəmə-tibbi ekspertizası hələ keçirilməyib".


Saratov, Lenin rayonu


Tags:  Rusiyada azərbaycanlı sürücü başından vuruldu

RƏYLƏR


Top news