Bakı-Sumqayıt yolunda vəziyyət gərginləşir (FOTO)

Bakı-Sumqayıt yolunda vəziyyət gərginləşir (FOTO)
11:21 24 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər havaların yağmursuz keçməsinə baxmayaraq Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindən keçən hissəsində çatlar daha da genişlənib.

ANS PRESS-in məlumatına görə, həmin çatları istər yolun avtomobillərin hərəkət etdiyi orta hissəsində, istərsə də kənar hissələrində görmək mümkündür. Ancaq kənar hissədə çatların genişliyi daha çoxdur və avtomobil sahibləri həmin hissələrdə hərəkət etməyə ehtiyat edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev də ərazidə çatların nisbətən genişləndiyini təsdiqlədi: "Bizim əməkdaşlar dünən əraziyə baxış keçiriblər və onlar da mənzərəni müşahidə ediblər. Mənə bildirdilər ki, çatlarda genişlənmə var. Ancaq həmin genişlənən əraziyə hazırda sement doldurulur. Bundan başqa avtovağzalın sürüşən hissəsində də bərkitmə işləri aparılır".

Ələmdar Piriyev hazırda həmin çatların yarandığı ərazidə real təhlükə olduğunu da bildirib.




Yolun hərəkət hissəsində yaranan çatlar

Yaranan çatlar yolun ortası ilə yanaşı istinad divarları qurulmuş ərazinin arxa hissəsində, daha dəqiq avtovağzalın 2-ci mərtəbəsində yerləşən şəhər avtobusları üçün dayanacaqda da görünür. Lakin bütün bunların qarşısını almaq üçün ərazidə bərkitmə işləri aparılır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmağa başlayıb. Ərazinin hər gün bir az daha qəzalı vəziyyətə düşdüyünü görən "Azəryolservis" ASC-nin əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlamışdılar.

Ələmdar Piriyev isə sürüşməyə səbəb kimi, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının ərazidəki yaşıllıqları həddindən artıq çox suvarmasını göstərmişdi.

Hazırda sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış iki tərəfdən də məhdudlaşdırılıb.


Sürüşmənin qarşısının alınması üçün qurulan istinad divarı

Görünən odur ki, qurulan istinad divarları sürüşmənin qarşısını tam şəkildə ala bilməyib. Havaların yağmursuz keçdiyi lbir vaxtda belə çatların genişləndiyini nəzərə alsaq, yağmurlu günlərdə bu prosesin daha da aktivləşəcəyini düşünmək çətin deyil. Onu da nəzərə alsaq ki, bu yol hər gün on minlərlə avtomobilin hərəkət etdiyi Bakı-Sumqayıt yoludur, onda vəziyyətin doğrudan da həyəcanlı olduğunu düşünmək olar.


Genişlənən çatlar




Aparılan təmir işləri

Həmçinin oxu:

Bakıda gözlənilən fəlakət
Sürüşən avtovağzalımızdan ən yeni fotolar
Beynəlxalq tələblərlə sürüşən avtovağzalımız (FOTO)
Sürüşən avtovağzalda vəziyyət gərginləşdi (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR