Şəkili usta: Papaqçılıq sənəti yarımçıqlıq sevmir

Şəkili usta: Papaqçılıq sənəti yarımçıqlıq sevmir
11:23 24 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə el sənətkarlarının ənənələrini davam etdirənlərdən biri də papaqçı Aqil Kərimovdur. O, 23 ildir ki, bu sənətlə məşğuldur, Şəkidə tanınan sənətkarlardandır. Aqil usta şəhərin M.F.Axundzadə prospektində, “Yuxarı Karvansaray” mehmanxana kompleksindəki dükanlardan birində yerləşən kiçik emalatxanasında ata-babalarından miras qalan bu qədim el sənətini böyük sevgi ilə yaşadır.
AZƏRTAC-ın müxbiri A.Kərimovla öz emalatxanasında görüşüb. Sənətkarın dediyinə görə, papaqçılıq onun ata-baba sənətidir. Babası İsmayıl kişi vaxtilə Qori seminariyasını bitirsə də, sonralar papaqçılıq sənəti ilə məşğul olmağa başlayıb. Şəkidə tanınan sənətkarlardan biri olub. Aqil usta sənətin sirlərini atası Qurbanəli kişidən öyrənib. Atası indi də bu sənətlə məşğuldur. Ata və oğul hazırda Şəkidə papaqçılıqla məşğul olan ən yaxşı sənətkarlar hesab olunurlar.
Ustanın bildirdiyinə görə, Azərbaycanda papaqçılıq sənətinin çox qədim tarixi var. Vaxtilə Azərbaycanda 650-yə yaxın papaqçı olub. Onların 250 nəfəri Şəkidə fəaliyyət göstərib. Papaqçılıq Şəkidə ən hörmətli sənət növlərindən sayılıb.
Papağın kişilik, qeyrət rəmzi olduğunu vurğulayan Aqil usta deyib ki, papaq həm də milli dəyərlərimizdən biridir, bu geyim növünə həmişə böyük hörmət-izzət olub. Qədim dövrlərdə kişinin başında papaq olması bir şərt idi. Məhkəmələrdə başında papağı olmayanları şahid saymırdılar.
Usta qeyd edir ki, yaxşı papaqçı olmaq üçün həyatını bu sənətə həsr etmək lazımdır. Papaqçılıq sənəti yarımçıqlıq sevmir.
Papağın hazırlanma texnologiyası barədə danışan Aqil usta deyib: “Ən yaxşı papaqlar əsasən “qaragül” cinsli quzuların dərisindən hazırlanır. Ölkəmizdə belə quzular olmadığından xammal üçün lazım olan dəriləri Özbəkistandan gətiririk. Əsas odur ki, quzunun dərisinin üzərindəki düyünlər açılmasın. Yoxsa elə dəridən papaq tikmək olmaz”. Onun sözlərinə görə, bu cür papaqlar tikmək o qədər də sərfəli deyil. Çünki bir papaq hazırlamaq üçün üç quzunun dərisi lazımdır. Ona görə də “qaragül” papaqların qiymətləri baha olur.
Papaqların qiymətləri ilə maraqlandıq. Həmsöhbətimiz bildirdi ki, qiymətlər materialdan asılı olaraq dəyişir. Süni dəridən olan papaqlar 25 manata satılır. Təbii dəridən hazırlanan papaqların qiymətləri isə 60 manatdan 350-400 manatadəkdir. Ən bahalı papaqlar gümüşü rəngdə olan əntiq dəridən hazırlanır. Milli papaqları (Şəkidə ona “daqqa” papaq da deyirlər) bir-iki günə tikib hazırlamaq mümkündür. Qulaqlı papaqlar isə bir həftəyə ərsəyə gəlir.
Bir çox tanınmış insanın ondan papaq aldığını deyən Aqil usta qeyd edib ki, tikdiyi ən bahalı papağı 500 manata satıb. Papaq əntiq dəridən hazırlanmışdı.
Ustanın müştəriləri müxtəlif təbəqələrə aid insanlardır. Yaşlı da, cavan da, ziyalı da ondan papaq alır. Hətta qadın müştəriləri də var. Onlar zövqlərinə uyğun sifarış verirlər. Yayda müştəriləri daha çox olur. Çünki turistlər Şəkiyə əsasən yay aylarında gəlirlər. Turistlər daha çox milli və ağ rəngli çoban papaqları ilə maraqlanırlar. Bu papaqların qiyməti isə 20-40 manat arasında dəyişir.
Aqil ustadan sənəti ilə bağlı başına gələn maraqlı əhvalatlarla da maraqlandıq. Şəkili olasan, baməzə söhbətlərin olmaya?
O, gülümsəyərək deyir ki, bir gün emalatxanamda oturub papaq tikirdim. İçəri bir nəfər yaşlı kişi daxil oldu. Divardakı hazır papaqlara baxdı, sonra da stolun üstünə pul qoyub çıxmaq istədi. Soruşdum ki, bu nə puldur? Cavab verdi ki, bura muzey deyil? Bilet puludur da.
Papaqçı Aqil Kərimov dəfələrlə respublikamızda keçirilən müxtəlif sərgilərdə, o cümlədən Novruz bayramı günlərində Bakıda, Dənizkənarı Milli Parkda təşkil olunan sərgilərdə iştirak edib. Onun hazırladığı papaq nümunələri “Bakı-2015” birinci Avropa Oyunları zamanı paytaxtda təşkil olunan sərgidə də nümayiş etdirilib.
Şəkili papaqçı bildirib ki, bu sənət, həm də onun ailəsinin qazanc mənbəyidir. Üç övladından ortancıl oğlu Elvinə də papaqçılığın sirlərini öyrətməyi düşünür. İstəyir ki, ata-babalarından yadigar qalan papaqçılıq sənəti ölməsin, davam etdirilsin.
Mustafa Dadaşov
AZƏRTAC-ın müxbiri








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı?

27 İyul 2017 22:57

Wikileaks dünyanı sarsıdacaq sənədlər açıqladı

27 İyul 2017 22:52

Ağciyərləriniz sağlamdırmı? - Gəlin yoxlayaq

27 İyul 2017 22:52

İlanla oynadı, xəstəxanalıq oldu

27 İyul 2017 22:49

Azərbaycan HHQ üçün 10 təyyarə aldı

27 İyul 2017 22:48

Angelina Coli və Bred Pit nə üçün ayrılıb?

27 İyul 2017 22:45

“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb - FOTO

27 İyul 2017 22:42

Ərəb ölkələri terrorçular siyahısını genişləndiriblər

27 İyul 2017 22:42

Allah Təala niyə bəzən mömin bəndəsini gecə ibadətindən məhrum edir?

27 İyul 2017 22:42

Qüdsdə yenidən ara qarışdı: 50 yaralı

27 İyul 2017 22:39

İstanbula şiddətli dolu düşüb - FOTO

27 İyul 2017 22:37

Trampın yaxın şərq üzrə müşaviri vəzifəsindən getdi

27 İyul 2017 22:32

Azərbaycanda ŞOK STATİSTİKA: Boşanmaların orta yaş həddi...

27 İyul 2017 22:28

Azərbaycan Pakistandan hərbi təyyarələr aldı - TARİXİ SAZİŞ

27 İyul 2017 22:27

Yemişin hansı faydası və zərərləri var?

27 İyul 2017 22:22

“Saakaşvili üçün çox təəssüfləndim” - Gürcüstan prezidenti

27 İyul 2017 22:22

Venesuelada küçə etirazları qadağan olunub

27 İyul 2017 22:17

Azərbaycanda telekanal əməkdaşlarına hücum etdilər

27 İyul 2017 22:17

Sərnişin avtobusun 23 dəqiqə gecikməsinə səbəb oldu - VİDEO

27 İyul 2017 22:12

Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

27 İyul 2017 22:12

Elektron ipoteka sistemi işə düşür - Avqustun 1-dən - VİDEO

27 İyul 2017 22:12

Bakının bu yerlərində də pulsuz “Wi-Fi” olacaq - VİDEO

27 İyul 2017 22:12

Səfərdə olan adam vaxtı daxil olduqda...

27 İyul 2017 22:12

Tovuzda qadın sirkə turşusu içdi

27 İyul 2017 22:09

Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz! - VİDEO

27 İyul 2017 22:05

Şou ulduzu kurortda erotik sessiyaya çəkildi - FOTO

27 İyul 2017 22:05

Bazarlarda qiymətlər bahalaşdı – Qiymətlər - VİDEO

27 İyul 2017 22:05

Bölgələrdə tikinti sektoru canlanıb - VİDEO

27 İyul 2017 22:05

Bakı bazarlarında ekzotik tərəvəzlər satılır - VİDEO

27 İyul 2017 22:05

Sumqayıtda 2 saylı marşrutun yolu dəyişdi: sakinlər narazı qaldı -VİDEO

27 İyul 2017 22:05

Tovuz rayon sakini intihara cəhd edib

27 İyul 2017 22:02

Yuxarı tənəffüs orqanlarının xəstəlikləri

27 İyul 2017 21:57

Azərbaycanda həbsdən azad edilənlərin sayı artıb

27 İyul 2017 21:57

FHN:"Azərbaycanda təbii fəlakət ve texnogen hadisələr 48 nəfərin həyatına son qoydu"

27 İyul 2017 21:54

ARB TV-nin çəkiliş qrupuna hücum etdilər - "Qaqa, cavan oğlansan, sözün varsa..." - VİDEO - FOTO

27 İyul 2017 21:52

Südəmər uşağa ət, meyvə və yumurtanı nə zaman verməli?

27 İyul 2017 21:52

“Vicdan haqqı”nın aktyoruna protez qoyulub

27 İyul 2017 21:52

Simic kişinin ailəsinin onun barəsində bəd duası qəbul olunar

27 İyul 2017 21:42

WhatsApp yeni rekord vurdu

27 İyul 2017 21:42

Abxaziyada rusiyalıların olduğu təyyarə qəzaya uğradı, ölənlər var

27 İyul 2017 21:34

Məşhur müğənni çimərlikdə pərt oldu - FOTO

27 İyul 2017 21:32

Hər gördüyünüzə inanmayın!

27 İyul 2017 21:27

Kakao yağının bilinməyən faydaları

27 İyul 2017 21:22

Bu qidaları yeyin, xoşbəxt olun!

27 İyul 2017 21:20

Çin ordusunun 90 illiyini Bakıda qeyd etdilər

27 İyul 2017 21:19

Hava limanı yolunda qəza baş verib

27 İyul 2017 21:17

"Medeniyyet" TV-də yeni müsabiqə başlayır

27 İyul 2017 21:17

Zooparkda DƏHŞƏT: Bəbir uşağa hücum etdi

27 İyul 2017 21:13

Azərbaycanlı teleaparıcıdan etiraf: "Xoşbəxt olsaydım, ailəmi dağıtmazdım" - FOTO

27 İyul 2017 21:12

Hədisləri oxumaqla şəriətin hökmlərinə əməl etmək olarmı?

27 İyul 2017 21:12