Müğənni Elçin Cəfərov həmkarlarına söz atıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "MUZ TV"yə açıqlamasında şou aləmində bir çoxlarının saxtakar olduğunu bildirib:
"Səmimi insanlar mənim dostumdur. Əvvəllər dəb halını almışdı, hamı bir-birinin üzünə gülür, yalandan "dostumuzdur" deyirdilər. Artıq bu saxtakarlıq öz yerini tutub. İndi mən də dəyişmişəm. Əvvəl kiminsə xətrinə dəyməkdən çəkinirdim. Efirdə müsbət xüsusiyyətlərimi sadalamaqdan qorxurdum ki, kimsə inciyər. Amma indi düşünürəm ki, xasiyyətimdən danışsam, bəlkə kimlərəsə örnək olaram".
Şəxsi həyatından danışan E.Cəfərov toya hazırlaşdığını bildirib:
"Ciddi bir münasibət yaşayıram. Bunu heç yerdə deməmişəm".
Milli.Az