Bakı Ali Neft Məktəbinin Heriot-Vatt Universiteti ilə əməkdaşlığı genişlənir

Bakı Ali Neft Məktəbinin Heriot-Vatt Universiteti ilə əməkdaşlığı genişlənir
11:28 24 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) Böyük Britanıyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığı genişlənir.
BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu təhsil ocağının rektoru Elmar Qasımov Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşüb.
BANM-ın Heriot Vatt Universiteti ilə əlaqələrindən söz açan rektor iki təhsil ocağının əməkdaşlığının çox sıx şəkildə davam etdiyini deyib, bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib. O, Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində keçən tədris ilində BANM-ın iki tələbəsinin bu təhsil ocağında bir semestr ərzində təhsilini davam etdirdiyini xatırladıb.
Heriot-Vatt Universitetinin nümayəndələri isə təmsil etdikləri ali təhsil müəssisəsinin BANM-la əməkdaşlığa böyük önəm verdiyini bildirib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebinin_Heriot_Vatt_Universiteti_ile_emekdasligi_genislenir-913889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR