Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AFFA Klublar Komitəsinin iclası başlayıb

AFFA Klublar Komitəsinin iclası başlayıb

Date: 24 December 2015 11:32

Bakı. 24 dekabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin 2015-ci ildə son iclası işə başlayıb. "Report"un məlumatına görə, "Boulevard Hotel"də keçirilən tədbirdə Premyer Liqa klublarının hamısı təmsil olunmur.
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun sədrlik etdiyi toplantıya "Qarabağ"dan heç kim qatılmayıb. Əvəzində "İnter"in yeni prezidenti Rəşad Qasımov iclasa gələnlər arasındadır. Digər iştirakçılar sırasında Fariz Nəcəfov ("Qəbələ"), Vüqar Aslanov ("Zirə"), İlqar Axundov ("Rəvan"), Elnur Məmmədov ("Neftçi"), Kamran Quliyev ("Sumqayıt"), Fikrət Hüseynov (AZAL), Mehman Allahverdiyev ("Kəpəz") və Rəşad Qasımov ("İnter") yer alıb.
Qeyd edək ki, gündəlikdəki əsas məsələ sədr seçkisi olacaq. 

Tags:  AFFA Klublar Komitəsinin iclası başlayıb


RƏYLƏR


Top news