Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyi vakant psixoloq vəzifələrinə işə qəbula dair elan verib

Səhiyyə Nazirliyi vakant psixoloq vəzifələrinə işə qəbula dair elan verib

Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvlüyünə namizədliyini verdi - SİYAHI (09 Mart 2017 11:13)
AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin adları açıqlanıb (09 Mart 2017 10:47)

Tarix: 24 Dekabr 2015 11:38


Bakı, 24 dekabr, AZƏRTAC 
Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrinə işə qəbula dair elan verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrinə işə qəbul həmin müəssisələrdə müvafiq komissiya tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Vakant vəzifələr barədə elanlar "Tibb qəzeti"ndə yerləşdirilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 30 gün ərzində işə qəbul komissiyasına müraciət edərək müəssisə rəhbərinin adına ərizə, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, təhsil və ixtisas haqqında sənədlərin surətləri (psixologiya ixtisası üzrə bakalavr və klinik psixologiya üzrə maqistr proqramının diplomları), əmək kitabçasının surəti (mövcud olduğu halda) kimi sənədləri təqdim etməlidirlər.
Sənədlərini təqdim edən mütəxəssislərin klinik psixologiya sahəsində biliklərinin (diaqnostik psixoloji testlərin istifadə edilməsinin, psixoloji yardımın göstərməsinin və s.) qiymətləndrilməsi Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılır. Müsbət rəy qazanan mütəxəssis Psixi Sağlamlıq Mərkəzinə biraylıq iş təcrübəsinə göndərilir.
 

Teqlər:  Səhiyyə Nazirliyi vakant psixoloq vəzifələrinə işə qəbula elan verib



RƏYLƏR


Top xəbərlər