"Süni barışıqdansa, səmimi küsülülük yaxşıdır"

"Süni barışıqdansa, səmimi küsülülük yaxşıdır"
11:41 24 Dekabr 2015
57 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Lalə Məmmədova son günlər ərzaq məhsullarının bahalaşmasına münasibət bildirib.

Axşam.az-a açıqlama verən müğənni bu hadisənin ona da təsir etdiyini söyləyib:

“Bu elə bir prosesdir ki, bütün dünya yaşayır. Neçə illərdir ölkə başçısı stabilliyi qoruyub saxlamağa çalışdı. Biz dəryada bir damlayıq. Verilən qanunla ayaqlaşmalıyıq. Bir az maaşlar qalxsaydı, bəlkə insanların yaşayışına yaxşı təsir edərdi. Dollar qalxan kimi məhsullar bahalaşdı. Uşağım üçün aldığım bez də bahalaşıb”.

L.Məmmədova vergi borcundan da danışıb:

“Mən bir vətəndaş kimi vergi ödəməliyəm. Həm müəlliməyəm, həm teatrda çalışıram, həm də müğənniyəm. Son illərdə analıq məzuniyyətinə çıxdım. Bunu isə nazirliyə xəbər etmədim. İndi cəriməm gəlib. Mən də vergi borcumun yenidən hesablanmasını istədim”.

L.Məmmədova “2015-ci il şou-biznesdə bir çox küsülülərin barışığı ilə yadda qaldı. Siz xalq artisti Brilliant Dadaşova ilə barışmağı düşünmürsünüz” sualına belə cavab verib:

“Bu qapalı mövzudur, bunu heç vaxt açıb-ağartmıram. Allah da bağışlayandır. Biz nə karəyik ki... Heç vaxt, heç vaxt demə. Süni barışıqdansa, səmimi küsülülük daha yaxşıdır”.

Qeyd edək ki, B.Dadaşova ilə L.Məmmədovanın küsməsinə səbəb "Bu şəhər ikimizə dar" mahnısı olmuşdu. Belə ki, Murad Arif mahnını ilk dəfə xalq artisti üçün bəstələyib. Amma uzun illər keçsə də B.Dadaşova bəstəni oxumayıb. Aradan beş il keçdikdən sonra müəllif mahnını L.Məmmədovaya verib. Bu da hər iki ifaçını üz-üzə gətirib.

Foto: Ramin ASLANOV



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR