Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Proqnoz: ​Neftin qiyməti tezliklə artacaq

Date: 24 December 2015 11:42

"Report" xəbər verir ki, API-nin hesabatına əsasən, ötən həftə ABŞ-da neft ehtiyatları 3,6 mln. barel azalaraq 486,7 mln. barelə enib. Analitiklər isə ehtiyatların 1,1 mln. barel artacağını proqnozlaşdırırdılar. Energetika Nazirliyi dekabrın 18-də bitən hesabat həftəsində ABŞ-ın kommersiya ehtiyatlarının (strateji ehtiyatlar istisna olmaqla) 5,9 mln. barel azalaraq 484,8 mln. barelə endiyini bildirib. Analitiklər isə bu göstəricinin 1,083 mln. barel artaraq 491, 783 mln. barelə çatacağını ehtimal edirdilər.
ABŞ-da neft hasilatı hesabat həftəsi ərzində gündəlik 3 min barel artaraq 9,179 mln. barel/günə çatıb. Ölkənin ən böyük - Kuşinq neft terminalında isə ehtiyatlar 2 mln. barel artaraq 62,1 mln. barel təşkil edib. Benzin ehtiyatları 1,1 mln. barel artaraq 220,5 mln. barel olub ki, analitiklər artımın 1,383 mln. barel olacağını ehtimal edirdilər.
"Report"un analitik qrupu hesab edir ki, neftin hər iki markasının qiyməti yaxın günlərdə artmaqda davam edəcək. Artım 40 dollar/barel və hətta bir qədər çox olacaq. Neft qiymətlərində artımın 2016-cı ilin ilk rübündə də davam etməsi gözlənilir. Yekunda, qiymət artımının 55 dollar/barelə qədər davam etməsi proqnozlaşdırılır.

Tags:  Proqnoz Neftin qiyməti tezliklə artacaq

RƏYLƏR


Top news