Guardian: Zimbabve prezidentinin həyat yoldaşı ölkəyə rəhbərliyi ələ keçirib

Guardian: Zimbabve prezidentinin həyat yoldaşı ölkəyə rəhbərliyi ələ keçirib
11:42 24 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Zimbabve prezidentinin həyat yoldaşı Qreys Muqabe faktiki olaraq, 91 yaşlı Robert Muqabenin yerinə ölkəyə rəhbərliyi ələ keçirib. "Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Zimbabvenin əsas müxalifət partiyası olan "Demokratik Dəyişiklik Uğrunda Hərəkat" partiyasının başçısı Morqan Tsvangirai məlumat verib.
M.Tsvangirainin sözlərinə görə, prezident R.Muqabenin həyat yoldaşı "saray çevrilişi"ndən sonra ölkə prezidentinin funksiyalarını yerinə yetirir, ölkə hökuməti isə iflic durumdadır.
Qəzetin yazdığına görə, Qreys Muqabe son zamanlar Zimbabvenin siyasi həyatında nüfuzlu fiqura çevrilib. Ötən ilin dekabr ayında xanım Muqabe iqtidardakı "Zimbabve Afrika Milli Birliyi - Vətənpərvərlik cəbhəsi" partiyasında vacib postlardan birini tutub.
"The Guardian" yazır ki, bütün bunlara baxmayaraq, prezidentin xanımı xalq arasında populyar sima deyil. Xüsusən də Q.Muqabenin ölkə iqtisadiyyatının böyük çətinliklər yaşadığı dönəmdə qiymətli əşyalar almaq üçün xaricə tez-tez səfər etməsi narazılığa səbəb olur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/guardian-zimbabve-prezidentinin-heyat-yoildasi-olkeye-rehberliyi-ele-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR