"Kurtlar Vadisi Pusu"nun aktyoru Erhan Ufak evlənib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Süreyya Kulla Ataşehir Bələdiyyəsində keçirilən sadə bir nikah mərasimi ilə evlənib. Cütlüyün nikah şahidləri Erhanın serialdakı rol yoldaşları Necati Şaşmaz və Cahit Kayaoğlu olub. Nigah şəhadətnaməsini gəlinə verən Necati Şaşmaz cütlüyə bir ömür boyu xoşbəxtlik arzulayıb.
Milli.Az