“NASA” Marsa göndəriləcək missiyanı təxirə salıb

“NASA” Marsa göndəriləcək missiyanı təxirə salıb
11:56 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ Kosmik Agentliyi (NASA) qurğulardan birində yaranan nasazlığa görə bu yaxınlarda Mars planetinə göndəriləcək aparatın buraxılışını təxirə salmaq barədə qərar qəbul edib.

Buraxılışın 2016-cı ilin martında həyata keçirilməsi, aparatın isə Marsa altı aydan sonra enməsi nəzərdə tutulurdu.

"ICTnews" Elektron Xəbər Xidməti "www.interfax.ru" resursuna istinadən yazır ki,  buna Fransa Kosmik Agentliyinə məxsus seysmometrin işində baş verən nasazlıqlar səbəb olub. Belə ki, seysmometrin havanın sovrulması sistemində nasazlıqlar aşkarlanıb. Agentliyin məlumatına görə, aparatın təmiri üçün göstərilən səylər uğursuzluqla nəticələnib.

Bu, missiyada iştirak etməli olan iki əsas qurğudan biridir. Onun yanvarda Cənubi Kaliforniyaya gətirilməsi gözlənilirdi.

Aparatın buraxılmasında məqsəd Marsın dərinliklərinin geoloji quruluşunun öyrənilməsidir. Hazırda buraxılışın nə vaxt baş tutacağı naməlumdur. Aparatların Marsa optimal çatdırılma vaxtı hər iki ildən bir olur. "NASA" 2018-ci ili gözləyəcəyini və ya bahalı aparatı martda buraxmağa çalışacağını hələ ki bəyan etməyib.

Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40522-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR