Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb

Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb
11:58 24 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Bəhram Zahidovun “Revnost, kak motiv umışlennoqo ubiystva” və “Sovremennıe problemı borbı s narkobiznesom” adlı iki kitabı Almaniyanın “Palmarium” nəşriyyatı tərəfindən alman və rus dillərində işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitablarda narkobiznesin hüquqi, sosial, siyasi və psixoloji faktorlarından bəhs olunur. Eyni zamanda bu cinayətin yayılma miqyası, özünəməxsusluğu və digər cinayətlərlə inteqrasiyasından söz açılır. Kitabda bu sahədəki cinayətlər yalnız hüquqi nöqteyi-nəzərdən deyil, sosial-iqtisadi, sosial-siyasi və ideoloji tərəfdən də geniş araşdırılıb, mübarizə yolları göstərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_alimin_kitabi_Almaniyada_isiq_uzu_gorub-913902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR