Riçard Morninqstar: “Cənub” qaz dəhlizi layihəsi Avropa üçün çox vacibdir

Riçard Morninqstar: “Cənub” qaz dəhlizi layihəsi Avropa üçün çox vacibdir
12:03 24 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Cənub” qaz dəhlizi layihəsi Avropa üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin təsisçisi Riçard Morninqstar “naturalgaseurope.com”a müsahibəsində deyib. O bildirib ki, son 20 il ərzində Azərbaycan öz neftini Türkiyəyə nəql edən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsini uğurla həyata keçirməyə nail olub. Hazırda isə “Cənub” qaz dəhlizi layihəsi icra olunur. Bu dəhliz Türkiyəyə və son nəticədə isə Avropaya qaz tədarük edəcək. “Cənub” qaz dəhlizi ilə ilk əvvəl ildə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr isə Avropaya çatdırılacaq.
Qeyd edək ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan və “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən Trans-Anadolu qaz boru kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Richard_Morninqstar_Cenub_qaz_dehlizi_layihesi_Avropa_uchun_chox_vacibdir-913904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR