Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əhli-beyt adından istifadə edib təxribatlar törədirlər"

"Əhli-beyt adından istifadə edib təxribatlar törədirlər"

Date: 24 December 2015 12:05

Bu gün Suriyada faktiki olaraq qardaş qırğını gedir. Kim nə edirsə, sonda qırılan müsəlmanlar olur.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Məhəmməd (s) peyğəmbərin mövludu ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, İraqda, Əfqanıstanda və digər ölkələrdə müsəlmanlar kütləvi şəkildə ölürlər: "Bu, məni üzür. Son vaxtlar Əhli-beyt adından da istifadə edib, qırğınlar, təxribatlar törədirlər. Əlbəttə biz Əhli-beyt deyəndə fərq qoymuruq. Bütün müsəlmanlar elə Əhli-beyt aşiqidir. Bizim üçün əsas insan amilidir. Biz tezliklə sülhün bərqərar olmasını istəyirik. Qırğınlara son verilməsi lazımdır. Bu qırğınları lənətləyirik". 

Milli.Az


Tags:  Əhli-beyt adından istifadə edib təxribatlar törədirlər

RƏYLƏR


Top news