Nazir: “Azərbaycanda sürətli qazlaşma olmasaydı, meşələrin məhv edilməsinə qarşı mübarizəmiz bu qədər uğurlu alınmazd”

Nazir: “Azərbaycanda sürətli qazlaşma olmasaydı, meşələrin məhv edilməsinə qarşı mübarizəmiz bu qədər uğurlu alınmazd”
12:07 24 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ “2015-ci ilin əvvəllərində peykdən əldə etdiyimiz şəkillərdən əmin olduq ki, Azərbaycanda sürətli qazlaşma hesabına son 10 ildə meşələrin qırılmasının qarşısı alınıb. 10 ildə 100 min hektardan çox yeni meşələr salınıb, ağac əkilib və digər şəraitlər yaradılıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə aşıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Onun sözlərinə görə, qısa zamanda meşə örtüyü əraziləri 12 faizə çatacaq.
Nazir həmçinin qeyd edib ki, qazlaşdırma olmasaydı, nazirliyin meşələrin məhv edilməsinə qarşı mübarizəsi bu qədər uğurlu alınmazdı: “Kəndlər, şəhərlər, əhalisi çox olan ərazilər qışda bizim tələbimizə qulaq asmazdı, meşələrin qırılmasına açıq və gərgin mübarizə aparardılar. Qazlaşma kömək etdi ki, aparılan tədbirlər effektli olsun”.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/nazir-azerbaycanda-suretli-qazlasma-olmasaydi-meselerin-mehv-edilmesine-qarsi-mubarizemiz-bu-qede

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR