ADU-da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

ADU-da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
12:08 24 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Sehrli xalatla keçmişə səyahət” adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir məşhur Azərbaycan filmi “Sehrli xalat”ın baş qəhrəmanları Rəşid və Zərifənin keçmişə səyahəti hissəsini xatırladan səhnəciklə başlayıb. Daha sonra Avropa ədəbiyyatının bir sıra nümunələri tələbələr tərəfindən səhnələşdirilərək nümayiş olunub.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov belə tədbirlərin davamlı olmasını, tələbələrə təhsil və yaradıcı fəaliyyətlərinin vəhdət təşkil etməsini tövsiyə edib.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADU_da_31_dekabr___Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunu_qeyd_edilib-913905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR