Prezident İlham Əliyev gözdən əlillər üçün binanın açılışını edib

Prezident İlham Əliyev gözdən əlillər üçün binanın açılışını edib
12:09 24 Dekabr 2015
95 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, açılışda Əmək və əhalinin sosial müdafiəsi ( ƏƏSMN)  naziri Səlim Müslümov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib.

 

Qeyd edək ki, 12 mərtəbəli binada 132 mənzil var. Sakinlərlə görüşən prezident İlham Əliyev mənzillərin orderlərini sakinlərə təqdim edib.

 

Mənzillərdə yaradılan şəraitlə tanış olan dövlət başçısı və xanımı daha sonra ƏƏSMN-nin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak ediblər.

 

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR