Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak ediblər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak ediblər

Date: 24 December 2015 12:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Qeyd edildi ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev binanın bir qrup sakini ilə görüşdü.

Sonra dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi, xatirə şəkli çəkdirildi.

Dövlətimizin başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak etdilər.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış oldular.

Milli.Az


Tags:  Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva gözdən əlillər yeni yaşayış binasının açılışında iştirak ediblər


RƏYLƏR


Top news