Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mahaçqalada yaraqlılara yardım etməkdə şübhəli bilinən adam polislərə atəş açıb

Mahaçqalada yaraqlılara yardım etməkdə şübhəli bilinən adam polislərə atəş açıb

Türkiyədə çevrilişə cəhddə şübhəli bilinən hərbi atteşe sığınacaq aldı (22 Mart 2017 11:19)
Son həftədə Türkiyədə 999 nəfər saxlanıldı (21 Mart 2017 09:58)
İki avtomobili qaçırmaqda şübhəli bilinirdi (20 Mart 2017 13:42)

Tarix: 24 Dekabr 2015 12:12

Bakı. 24 dekabr. REPORT.AZ/ Mahaçqalada polisə atəş açan silahlı şəxs öldürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, güc strukturları əldə edilən əməliyyat informasiyası əsasında şəhərin Reduktor qəsəbəsində "Qazel" markalı maşını saxlamaq istəyib. Amma sürücü atəş açaraq hadisə yerindən qaçmağa çalışıb. Bununla belə, cavab atəşi ilə onu zərərsizləşdirmək mümkün olub.
İlkin məlumatlara görə, öldürülən şəxs yaraqlılara yardım edir, onların sıralarına qoşulmaq üçün adam toplayırmış.
Hadisə yeri polis tərəfindən nəzarətə alınıb, ərazidə müstəntiqlər çalışır.

Teqlər:  Mahaçqalada yaraqlılara yardım etməkdə şübhəli bilinən adam polislərə atəş açıb



RƏYLƏR


Top xəbərlər