"Pulu manata çevirdik, dollar qalxdı" - FOTO

"Pulu manata çevirdik, dollar qalxdı" - FOTO
12:22 24 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az qafqazinfo az-a istinadən müğənni Rahidə Baxışovanın müsahibəsini təqdim edir:

Səhnələrdən uzaq düşmüsüz...

- Mən iki dəfə səhnələrdən uzaqlaşmışam. Bu da övlad dünyaya gətirdiyim üçün olub. Hər bir qadının arzusudur ki, ailə həyatı qursun və övlad dünyaya gətirsin.

- İndi ailəlisiz?

- Bəli, bir oğlum var. Qızım da 2 yaş, 4 aylıqdır. İstəmədim görünüşümdəki dəyişikliklərlə efirə çıxım. Belə məsləhət gördüm ki, səhnələrdən uzaqlaşım. Heç vaxt istəməmişəm ki, ailəm və övladlarımdan danışım. Bəzən açıqlama verməyə məcbur oluram.

Şou aləminə yenidən qayıtdız...

- Bəli, ancaq hər şeyi özüm edirəm. Tək işləmək çoxlu problemlər ortaya çıxarır. Efirləri danışmaq, mahnıları çatdırmaq kimi işlər çətinlik törədir. Köməkçi olsa, bu işləri yerinə yetirərdi. Yeni mahnılar yazdırmışam. Digərlərindən seçiləcək bir mahnılardır. Təbii ki, bunların hamısı pula dayanır. Pulsuz mümkün deyil.

Bu layihələri hansı maliyyə ilə reallaşdırmaq istəyirsiz?

- Mən şou proqramlarına gedirəm. Özümün şəxsi toylarım yoxdu. Toyların mənə tələbatı olan bir vaxtı getdim. Yavaş-yavaş hər şey öz yoluna düşəcək. Kimi dindirisənsə, deyir vəziyyət xarabdı.

3 illik fasiləyə görə peşman olmadız?

- Yox, peşman deyiləm. Yenə övladla bağlı danışmaq istəmirəm. Amma Allah mənə övlad payı bəxş etdi. Hər zaman qız övladımın olmağını istəyirdim. Adı Zəhradır. Övladıma baxanda peşman olmadığımı hiss edirəm.

- Səhnələrə qayıtmağınızla bağlı həyat yoldaşınızın rəyi nə oldu?

- Sizə belə deyim. Ailə-uşağı kənara qoyuram. Özüm hər şeyin qərarını vermək gücünə malikəm. Bu, mənim işimdir. Bu sənət olmasa belə, yenə özüm qərar verəcəkdim ki, işimə qayıtmalıyam. Anlayıram ki, cinsindən asılı olmayaraq hər kəs işləməlidir. Qərarları da özüm verirəm.

- Yəqin ki, şou-biznesin yazılmamış qanunlarından xəbəriniz var. Toy monopoliyası və.s

- Heç vaxt işimin xatirinə yalandan kiminsə üzünə gülə bilmirəm. Özümə sığışdırmıram, içimdən gəlmir. Mən gözlərdən anlaya bilirəm ki, istənilmədiyimi, qarşımın kəsilməyini və.s . Bir neçə verilişdə özümə qarşı hörmətsizlik gördüm. Başa düşmədim ki, niyə belə etdilər?

İnstaqram səhifəmdə də çoxları bu barədə mənə yazdı. Bu məsələni çox ağartmaq istəmirəm. Mənə qarşı edilən hərəkətlər, baxışlar, mahnı oxuyanda münasibət göstərməmək heç xoşuma gəlmədi. İynəli suallar, salam belə verməməyi özümə qarşı hörmətsizlik qəbul etdim. Bunlar olub keçdi. Mən indi bu aləmə gəlməmişəm. İllərdir bu sənətdəyəm. Mənə qarşı belə düşüncələr nəyə lazımdır? Yaddaşlarda qalmışam, unudulmamışam.

Kinli deyilsiz? Həmin şəxslərə qarşı kin saxlayacaqsız?

- Kinli olmağı sevmirəm. Bir problem yarananda deyirəm ki, daha barışmayacam. Sonra Allaha dua edirəm ki, mənim günahım varsa keç. İnsanın qəlbini qırmaq günahdı. Mənim səhvim olmadan özümə qarşı haqsızlıqlar edirlər, qəlbimi qıran sözlər işlədirlər. Kinli deyiləm, belə olmaq da istəmirəm. Görürəm ki, belə olanda başıma çıxırlar. Şou-biznesdə bu cür insanların yeri yoxdu. Mən yalandan maskalana bilmirəm, alınmır. Bəlkə də çətin olacaq. Üzlü olub sözünü deyəndə adam yaxşı olur.

- Əvvəlki, ya indiki şou-biznesdəki sistem xoşunuza gəlir?

- Çox şey dəyişib. 3 il bundan əvvəl bütün efirlərin qapıları üzümə açıq idi. İndi isə bir-iki kanal hörmət edir. Xəzər TV-yə də təşəkkürümü bildirirəm, öz qapılarını üzümə açdı. 3 ildir ki, efirdə yoxam. Mənim də TV-lərdə görünməyə ehtiyacım var. Sənət adamının efirə çıxmaması çox ağırdır. Yavaş-yavaş düzələcək. Mən səhnədə oturuşumu, duruşumu, danışığımı bilən xanımam. Hər şey barədə incə düşünürəm.

- Siz həm asan, həm də çətin bir vaxtda ortaya çıxdız. İndi şou aləmində boşluqlar çoxdur, bundan istifadə edərək partlayış yarada bilərsiz. İkinci məsələ isə dollar məzənnəsinin qalxmasıdır.

- Dollarla bağlı gülməli bir hadisəni sizə danışım. 200 dollar ayırmışdım, onu çevirdim. Daha doğrusu anam aparıb manata çevirdi. Sabahı dolların qiyməti qalxdı. Dedim ki, 100 manatı da belə itirdim. Ruzini verən Allahdır. Hər şey yaxşı olacaq.

- Sizin fotolarınız nədənsə sosial şəbəkələrdə daha çox müzakirə olunur...

- Bəli, hamı yazır ki, burnunu və başqa yerlərini plastik əməliyyat etdirib. İnanın ki, bir burnumu estetik əməliyyat etdirmişəm. Buna çox ehtiyacım var idi. Həm sağlamlığımda problem yaradırdı, həm də xarici görünüşündə dəyişiklik etmək istəyirdim. Yazırlar ki, üzünü dartdırıb. Belə bir şey yoxdu. Paltarımla bağlı şərhlər yazılır, yaraşmadığını bildirirlər. Özüm bilərəm, bu, mənim geyimimdir. Sizə nə? Mən özüm də pis rəy heç vaxt yazmaram. Adama pis gəlir. Bu yaxınlarda xalım var idi, onu da götüzdürdüm. Həkimim götürülməli olduğunu bildirdi. Çox sevirdim xalımı. Həkimim dedi ki, bu xal təhlükəlidir. Daha sonra müəyyən fəsadlar yarana bilər.

- Belə başa düşürəm ki, kompleksləriniz var...

- Bəli, komplekslərim var. Ümumiyyətlə, qısa geyimləri özümə qadağan etmişəm. Kompleks yox, sadəcə olaraq istəmirəm. Ağıl geyimlə ölçülmür. Geyinənlərə də pis baxmıram. Geyimin qısalığına görə mənfi baxışlardan xoşum gəlmir.

- Elə müğənnilərin övladları var ki, ailəsindən utanır...

- Mənim oğlumun 13 yaşı var. Bu səbədən daha çox məsuliyyətli oluram. Hər danışığıma, hərəkətimə və geyimimə fikir verirəm. Bu günə kimi övladım anasından utanmayıb. Ona danışmışam ki, mənim işim budur. Oğlumla hər zaman bu məsələləri müzakirə edirik. Övladımın utanaсağı bir hərəkət etmirəm. Musiqi ilə məşğul olmaq ayıb bir şey deyil. Ayıb o qədər işlər var ki...

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR