Azərbaycanda yaşayan katoliklər Milad bayramına hazırlaşır

Azərbaycanda yaşayan katoliklər Milad bayramına hazırlaşır
12:22 24 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan katolik icması dekabrın 25-də İsa Məsihin doğum günü ilə əlaqədar Milad bayramını qeyd edəcək.
Dekabrın 24-ü saat 20:00-da Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində milad ibadəti başlayacaq, uşaqlar üçün isə xüsusi bayram proqramı təşkil olunacaq.
Dekabrın 25-də isə iki ibadət olacaq: 11:00-da ingilis, 13:00-da rus dilində. Axşam ibadəti isə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, katoliklər Milad bayramını adətən, 8 gün - dekabrın 25-dən yanvarın 1-nə qədər qeyd edirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/din/azerbaycanda-yasayan-katolikler-milad-bayramina-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR