Sərnişinlərə bayram MÜJDƏSİ

Sərnişinlərə bayram MÜJDƏSİ
12:27 24 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il bayramı günlərində paytaxtda sərnişinlərə xidmət göstərən avtobuslar 2 saat çox işləyəcəklər.

Bu barədə Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, Bakıda bütün avtobus marşrutlarının sahiblərinə tapşırılıb ki, xəttə buraxılan avtobuslar gecə saat 1-ə kimi işləsinlər: "Rəsmi bayram günlərində yəni, 2015-ci dekabrın 31-dən 2016-cı il yanvarın 4-dək avtobuslar gecə saat 1-ə kimi fəaliyyət göstərəcəklər. Adi günlərdə isə avtobuslar adətən saat 11-ə kimi işləyirlər".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR