İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Azərbaycan Prezidentinə həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı təqdim edəcək

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Azərbaycan Prezidentinə həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı təqdim edəcək
12:27 24 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası başa çatıb. “Report”un xəbərinə görə, iclasda hazırda həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı hazırlanıb. Siyahı Azərbaycan Prezidentinə təqdim olunacaq. Prezidentdən həmin şəxslərin çəkilməmiş cəzalarının əvf edilməsi xahiş olunacaq.
Həmin şəxslər arasında hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, jurnalist Pərviz Həşimli, REAL-ın rəhbəri İlqar Məmmədov, “Seçki” Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədovun və başqalarının adları var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/i-nsan-huquqlari-uzre-birge-i-sci-qrupu-azerbaycan-prezidentine-hebsde-olan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR