Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Litvalı yazıçı Vinstas Krevenin “Azəristan ölkəsi” kitabı Azərbaycan dilində

Litvalı yazıçı Vinstas Krevenin “Azəristan ölkəsi” kitabı Azərbaycan dilində

Date: 24 December 2015 12:33


Bakı, 24 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
“ATV Kitab” seriyası çərçivəsində görkəmli litvalı yazıçı Vinstas Krevenin “Azəristan ölkəsi” kitabı “Parlaq imzalar” nəşriyyatında nəfis tərtibat və yüksək poliqrafik keyfiyyətlə Azərbaycan dilində işıq üzü görüb.
“ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, kitabı dilimizə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, tanınmış publisist, tərcüməçi və fikir adamı Mahir Həmzəyev çevirib. “Düşünürəm ki, bu əsər təkcə ədəbiyyatsevərlərin deyil, ötən əsrin əvvəllərindəki tariximizi öyrənmək istəyən tarixçi-mütəxəssislər üçün də əvəzsiz mənbə olacaq. Kitabda erməni xislətini ifşa edən çoxlu məqamlar var. Bunu azərbaycanlı yox, yüz il əvvəl bir litvalı, özü də sıradan olmayan bir insan -böyük mütəfəkkir və ziyalı yazıb. Bu kitab bizə, öz tariximizə, mədəniyyətimizə, bütövlükdə öz həyatımıza başqalarının gözü ilə baxmaq imkanı verəcək. Bizi - azərbaycanlıları başqaları kənardan necə görür? Bu vacib sualın cavabını hər bir oxucu burada tapa biləcək”.

Tags:  Litvalı yazıçı Vinstas Krevenin Azəristan ölkəsi kitabı Azərbaycan dilində


RƏYLƏR


Top news