Əhməd Əhmədzadə: "Devalvasiya bizə az təsir edəcək"

Əhməd Əhmədzadə: "Devalvasiya bizə az təsir edəcək"
12:47 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyasının ölkə iqtisadiyyatının bütün sahələrinə təsiri var, həmçinin, meliorasiya və su təsərrüfatına da təsir edəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə deyib.
Onun sözlərinə görə, yanacağın qiyməti sabit qaldığı üçün devalvasiyanın bu sahəyə təsiri o qədər də hiss edilməyəcək: "Bildiyiniz kimi, bizim işlər üçün əsas yanacaqdır. Onun da qiyməti qalxmayıb. Ona görə də düşünürəm ki, bu devalvasiya bizə az təsir edəcək".

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/ehmed-ehmedzade-devalvasiya-bize-az-tesir-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR