İlham Əliyevin uşaqlığının keçdiyi evdən fotoreportaj

İlham Əliyevin uşaqlığının keçdiyi evdən fotoreportaj
13:01 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin doğum günüdür. “Doğum günü” deyiləndə ilk ağla gələn isə insanın uşaqlığı, böyüdüyü ev olur.

...Zərifə Əliyeva küçəsində bir bina var. Qarşısında Milli Lider Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın büstləri qoyulub. Prezident İlham Əliyev bu binada dünyaya göz açıb və uşaqlığı da burada keçib. Birinci blok, 3-cü mərtəbə...

Axşam.az-ın məlumatına görə, Natəvan Xaliqova bir zamanlar ailə dostu və qonşuları olan İlham Əliyevlə bağlı xatirlərini AzVision.az ilə bölüşür:

- Biz bu həyətə 1963-cü ildə köçmüşük. Bura köçməyimizin çox maraqlı bir tarixçəsi var. O vaxtlar Dövlət Təhlükəsizlik Komitəsinin sədri Semyon Sviqun idi. Binada 4 ortaqlı mənzil boşalmışdı. Rəhmətlik Heydər Əliyev də ailəsi ilə birlikdə burada 3 otaqlı evdə qalırdı. Ona təkilf etdilər ki, həmin 4 otaqlı mənzilə köçsün. Amma o, bu təklifə “yox” dedi: “Mənim iki uşağım var, amma Əbdül Xaliqovun 7 övladı var. Buna görə də 4 otaqlı ev bizdən çox, Əbdül müəllimin ailəsi üçün uyğundur”. Bu hərəkəti Heydər Əliyevdən başqa heç kəs etməzdi! Baxmayaraq ki, daha yüksək vəzifədə çalışırdı, amma evdən imtina etdi və onu bizə verdi.

Onlar çox yaxşı qonşu idilər. Sadə, hər kəsə kömək edən, səmimi... Atasının çox yüksək vəzifədə çalışmasına baxmayaraq, İlham çox sadə bir uşaq idi. Heç vaxt hiss etdirmirdi ki, atası harada işləyir. Ümumiyyətlə, onların heç biri heç vaxt təkəbbürlü olmayıb.

O illər məmim üçün unudulmazdır. Bizim uşaqlığımız qonşu və dost olaraq keçib. Bir-birimizə qarşı çox mehriban idik. İlham çox ürəyitəmiz, saf və tərbiyəli idi. Düzdür, onu həyətdə az-az görürdük, çox vaxt evdə dərslə məşğul olardı. 6 nömrəli məktəbdə oxuyurdu. Arıq və ucaboy oğlan idi. Həmişə sadə, amma səliqəli və təmiz geyinirdi.



80-ci illərdə Bilgəhdə KQB-nin pansionatı vardı. Biz hər yay ora köçərdik. Heydər Əliyevin ailəsi Pansionatın 3-cü mərtəbəsində qalırdı. Biz hər gün uşaqlarla birlikdə dənizin kənarında, voleybol, futbol oynayardıq...

Zərifə xanım Heydər Əliyevlə birlikdə hansısa tədbirlərdə olanda, uşaqları bizim evə gəlirdilər. Biz bir yerdə dərs oxuyur, gülüb-danışır, oynayırdıq.

Heydər Əliyev birinci katib olandan sonra da bir müddət bu binada qaldılar. Onlarla üzbəüz bir rus ailə yaşayırdı. Qadının adı Anya xala idi. Təhlükəsizlik məqsədilə Heydər Əliyev Anya xaladan xahiş etdi ki, mümkünsə, bir mərtəbə yuxarıya köçsünlər. Anya xala razılaşmadı. Heydər Əliyev sadəcə dedi ki, eybi yox, qoy, hər şey xanımın istədiyi kimi olsun və bir də heç vaxt bu məsələyə qayıtmadı.



Zərifə xanım çox mədəni, sadə, alicənab, savadlı insan idi. Onlar uşaqları ilə nəfəs alırdılar, var-dövlətləri yalnız uşaqları idi. Övladlarının təhsililə çox maraqlanırdılar.

Onlar qapalı ailə deyildilər. Mənim bacılarımın toyunda Heydər Əliyev və Zərifə xanımın şəxsən iştirak ediblər. Biz onların ad günlərinə gedərdik. Zərifə xanım çox gözəl süfrə açardı, dolma, bozbaş və plov bişirərdi. O yeməklərin ətri hələ də burnumuzdan getməyib.

Zərifə xanımın anası Leyla xanım da çox gözəl və istiqanlı insan idi. Onlar Şüvəlanda bağda qalırdılar, amma tez-tez bura nəvələrini görməyə gəlirdilər. Həmişə bizə - uşaqlara deyirdi ki, “səhər tezdən durub, təmiz hava udun”.

Bu vaxt dövlət başçımızın digər keçmiş qonşusu Süleyman Xaliqov da söhbətə qoşulur:

- Biz binanın həyətində futbol oynayırdıq. Hərdən İlham da bizə qoşulurdu. Həyətin orta hissəsində balaca bir yer vardı, uşaqlarla ora toplaşıb, oyunlar oynayardıq.



Binanın digər sakini İlqar Bünyadov dövlət başçımızın uşaqlıq dostu olduğunu deyir:

- Biz hamımız həmin vaxt çox balaca idik. Dörd dost idik, həmişə həyətdə bir yerdə oynayırdıq. İlham tez-tez bizi evlərinə çağırırdı. Rəhmətlik Heydər Əliyev istirahət günlərində bizi maşına mindirib, şəhəri gəzdirərdi.

Bir dəfə gözümə tikan batmışdı. Həmin vaxt Zərifə xanım göz klinikasında işləyirdi. O, məni özü ilə klinikaya apardı və gözümü müalicə etdi. Çox mehriban, gülərüz xanım idi. Onlar çox yaxşı qonşu idilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58

“Qarabağ" "Kopenhagen"ə qarşı -

23 Avqust 2017 22:45

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib

23 Avqust 2017 22:42

Livan ordusundan İŞİD-ə ağır zərbə

23 Avqust 2017 22:33

"Kopenhagen" - "Qarabağ" - Heyətlər açıqlandı

23 Avqust 2017 22:19

Qrizman cəzalandırıldı -

23 Avqust 2017 22:14

Fındıq ən böyük ixrac məhsuluna çevrilir

23 Avqust 2017 22:03

"Kopenhagen" - "Qarabağ" -

23 Avqust 2017 22:03

"Qarabağ"ın oyununu bu kanallar göstərəcək

23 Avqust 2017 22:00

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam -

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42