Əyləci tutmayan təyyarə avtobusa çırpıldı (FOTO)

Əyləci tutmayan təyyarə avtobusa çırpıldı (FOTO)
13:06 24 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə həyəcanlı anlar yaşanıb. Əyləc sistemində nasazlıq yaranan təyyarə arakəsmələri qıraraq avtobusun üzərinə çıxıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İran Hava Yollarına məxsus olan "Mahan" adlı təyyarə Tehrandan İstanbulun Atatürk hava limanına endikdən və sərnişinlər təyyarəni tərk etdikdən sonra parking məkanına yönəlib. Elə bu vaxt hava gəmisinin əyləc sistemində nasazlıq yaranıb.

Nəticədə təyyarə beton arakəsmələrə çırpılıb və ön təkərləri qırılıb. Təkərləri qırıldığı halda belə, dayana bilməyən hava gəmisi daha sonra sərnişinləri daşımaq üçün əraziyə gələn sərnişin avtobusunun üzərinə çıxıb.

Dərhal təhükəsizlik tədbirləri məqsədi ilə əraziyə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib. Xoşbəxtlikdən qəza xəsarətsiz ötüşüb.

Hazırda hadisənin qəsdən törədilməsi ehtimalı da araşdırılır.




Hadisə yerindən görüntü

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR